Bugun...

İradə Əlili
GƏRƏK ÖYRƏTMƏZDİN...
Tarih: 20-04-2016 16:12:00 Güncelleme: 20-04-2016 16:12:00


GƏRƏK ÖYRƏTMƏZDİN...

Saçım əllərinin tumarın istər,
Gözüm gözlərinin odlu mehrini.
Əlim ovucunda isinmək istər,
Sözüm sözlərinin şirin sehrini.
Həsrət qalırdımsa ayaq izinə,
Gərək öyrətməzdin məni özünə!

Qəlbimin atəşi səni arayır,
Baxışım tək sənə ünvanlanıbdı.
Gözlərim hər yerdə səni axtarır,
Könlüm sevgin ilə damğalanıbdı.
Ürəyim dözməyir sənsizliyimə,
Gərək öyrətməzdin məni özünə!

Doğulan hisslərim, şux duyğum oldun,
Sinəmdə ürək də sözümə baxmır.
İstəyirəm səndən hey uzaqlaşım,
O şəhla gözlərin məni buraxmır.
Sənin məhəbbətin, sevgin xəzinə,
Gərək öyrətməzdin məni özünə!

Yaralı ov kimi çırpınan könlüm
Elə fəryad edər, sızlar səninçün.
İlqarına sadiq gözümün yaşı
Axır, dayanmayır hər gecə, hər gün.
Gözlərim həsrətlə baxır gözünə,
Gərək öyrətməzdin məni özünə!

ELƏ BİL...

Elə bil yelkənsiz bir qayığam mən,
Çaşıram xəyalən əsən küləkdən.
Necə anladım ki açıla yelkən,
Sinəmdə alışıb yanan ürəkdən.

Sənə demədiyim çox sözlərim var
Ürəkdə köz kimi yanğısı sızlar.
Sənə demədiyim bu lal sevdalar,
Kədərlə baş-başa qaldığım anlar.

Eh, necə yuxutək ötüşdü hər an.
Səni bax beləcə itirirəm mən...
Heç doya bilmədim baxışlarından
Ömrümü beləcə bitirirəm mən.

Ayrılıq nədir ki, hicran nədir ki...
Gül üstə şeh kimi düzülər anlar.
Sənə demədim ki, deyəmmədim ki,
Səninlə hər dərdə dözməyə nə var.

GİZLİ SEVDAMIZ

Bu gün bir başqa gün, bir başqa səhər,
Bu gün dünyamın da rəngi başqadır.
Gözlərin yoluma ümidlər səpər
Səninlə duyulan sevgi başqadır.

Səni ki tanıdım - bu, bir möcüzə
Dünyamın ən gözəl xəyalı sənsən.
Gəlməsin sevdiyim gözlərin gözə
Könlümü ovudan vəfalı sənsən.

Bu gizli sevdamız kiçik dünyamız
Bir ovuc sevincdir ovudar bizi
Aldadıb utancaq xəyyalarımız
Səni də məni də yandırar gizli.

Sənsiz necə axıb gedirsə zaman,
Həsrətim həsrətlə beləcə yandı.
Bu gün uşaqlaşdım sənsiz, ay aman,
Gözlərindən məni silmə amandı!

Bu gün ayna ilə üz-üzə durub
Gözümdə əksini yaradıram mən
Uzaqdan uzağa xəyallar qurub
Saçlarıma hörrəm həsrətini mən!

Bu gün bir başqa gün, mən də başqa mən,
Dünyamın rəngi də bu gün başqadır.
Bu gün qovuşardıq bəlkə də gəlsən,
Bu gün dünyamın da ruhu başqadır.

XOŞBƏXT OLMAQ İSTƏYİRƏM

Uzaqda, lap uzaqlarda
Dənizlə baş-başa qalıb
Sahil olmaq istəyirəm.
Ləpələrlə qucaqlaşıb,
Arzularımı paylaşıb
İçimdəki istək ilə
Olsun sahil dərd yoldaşım.
Dərya mənə ümid versin
Öz körpəsi - damla ilə.
Bir ürəkdə yuva salıb,
Səadəti soraqlayıb
Xoşbəxt olmaq istəyirəm.



Bu yazı 1554 defa okunmuştur.

YORUMLAR



YAZARIN DİĞER YAZILARI