Bugun...

İradə Əlili
HƏR SÖZÜN YALAN İMİŞ
Tarih: 12-02-2016 06:41:00 Güncelleme: 12-02-2016 06:41:00


 

                              HƏR SÖZÜN YALAN İMİŞ

             Görüşdük1 . Vədələşdiyimiz2 , sən özün3 sevib seçdiyin salxım salxım söyüdün4 altında. Söylədin: “Həyatımsan, sənsizlik mənə əzab verir. Cahan günəşsiz, göz nursuz, insan ürəksiz yaşamadığı kimi mən də sənsiz bir heçəm, ay mənim gözlərimi baxışları ilə bağlayan, qəlbimi qoparan, ağlımı çaşdıran mələyim”. O görüş yerində aylı-ulduzlu5 axşamın sehirli işığı ilə sən də öz6 yalanlarınla sehrlədin məni. O gecə mənim sevdalı ruhumu oxşayan, könlümü dilə gətirən sevgi dolu gecə idi. İnandım sənə. Nə biləydim yalandır. Deyirdin: “Ürəkdən gələn sevincimizi, ürəyə çökən kədərimizi bir yerdə böləcəyik. Günlərimiz bu sevgimizin hərarətindən nəşəli olacaq. Bizim bu sevdamızın baharına soyuq yellər 7 əsə bilməz. Qasırğalar, fırtınalar bu ülvi məhəbbətimizin yaxınına belə gələ bilməz.” İnandım. Nə biləydim yalandır. Görüşdük. Vədələşdiyimiz vaxt, salxım söyüdün kənarında, aylı-ulduzlu bir gecədə. Bu gecənin sakitliyini sən öz yalanlarınla təlatümə 8 gətirdin. Bu gecə sən başqaydın, tam başqa. Nələr söyləyirdin, ilahi?! Mən nələr eşidirdim9 , nələr?! “Sən mənim üçün bir könül oyuncağı idin”. İnanmadım, sənin söylədiyin bu həqiqətə inanmadım! Təəccübdən10 böyümüş gözlərimdə göz yaşım da donmuşdu, buza dönmüşdü!

Şirin yalan bildiyim acı həqiqəti necə də çətin1 , necə də əzablı imiş eşitmək, duymaq, İlahi! Mənə elə gəldi ki2 , sən yalnız bu gecə mənə yalan söylədin. Sən demə 3 , hər sözün yalan imiş! Yalanlarla dolu o görüş yerimizdə salxım söyüdün budaqlarının4 solduğunu, bu gecə içərisində təravətini itirdiyini5 itirdiyini5 gördüm. Gecənin sehrinin birdən-birə 6 yoxa çıxdığını çıxdığını duydum, hiss etdim. Ah! Qəlbimin ocağının közündən yanar bir alov oldum! Odumdan7 xəbərsizsən. Xəbərin də olmayacaq. Çünki ürəksiz insan bir qaya parçasıdır, qaya parçası.

buluştuk 2 sözleştiğimiz 3 kendin 4 salkım söğütün 5 aylı yıldızlı 6 kendi 7 rüzgar 8 kargaşaya 9 duyuyordum 10 şaşkınlıktan     1 nasıl da zor 2 öğle zann ettim ki 3 ama (burada) 4 dallarının 5 kaybettiğini 6 aniden 7 ateşimden



Bu yazı 6683 defa okunmuştur.

YORUMLAR



YAZARIN DİĞER YAZILARI