Bugun...

ARZU HESENZADE
HOCALI'NI HER ZAMAN HATIRLAYALIM
Tarih: 17-08-2015 13:22:00 Güncelleme: 17-08-2015 13:22:00


Xocalını hər zaman xatırlayaq

“Azərbaycanlıların səciyyəvi xüsusiyyəti bu millətin hədsiz təvazökarlığıdır ki, bu da onların özlərini reklama doğru atıla biləcək hər bir addımın qarşısını alır.Azərbaycanlılar özlərini gözə soxmağı, başqalarına nisbətən onların payına daha çox düşən dərd və fəlakətləri uca səslə elan etməyi,hamıya çatdırmağı öyrənməlidirlər.bütün bu dərd və fəlakətləri onlar səslərini çıxarmada, mətbuat vasitəsi ilə dünyaya car çəkmədə, millətlərə və dövlətlərə müraciətlə ağlayıb – sıqqamadan öz içlərində çəkirlər.”

           Sitat gətirdiyim bu fikirlər milli düşüncəli publisist Əlimərdan bəy Topçubaşova aitdir.Bu deyimdən bir əsrə yaxın vaxt keçsədə fikir öz aktuallığını qoruyub saxlayır.Əlbəttə ki,təvazökarlıq çox yaxşı bir xüsusiyyətdir.Lakin onunda bir Ölçüsü var.Bu sitatı misal gətirməkdə əsas Hədəfim əyləncəyə və yüngül həyat tərzinə sahib olan Ölkə Gəncliyidir.Təvəzökarlığı əlində bayraq edib başına gələn fəlakətləri unudub,millətinin dərdini car çəkərək dünyaya çatdırmayan gənclik  ümidsizliyə doğru gedilən gələcəkdir.

Neçə Əsrlərdir ki, ermənilər türk dunyasına qarşı fiziki zorakılıqlarla bərabər mənəvi zorakılıqlarda törədirlər.yalançı, hay-Həşir təbliğatlar aparırlar.dünyanı inandırmağa çalışırlar ki, biz zorakılıq etmədik,biz terror törətmədik.Bununla da bütün tarixi faktları təhrif etmək istəyirlər.

Buna görədə hər kəs bir məfkurə ətrafında birləşməli,millətimizin başına gətirilən faktları olduğu kimi dünyaya çatdırmalıyıq.Əsla bu yolda təvəzökarlıq etməməliyik bütün komplekslərdən uzaq olmalıyıq.

Ermənilərin qətillərinin,qirğınlarının arxasında yalnız və yalnız bir şey durur Azərbaycanın tarixi torpaqlarını erməniləşdirmək, ‘Böyük Ermənistan’ xülyasını gerçəkliyə çevirmək.Bu gerçəkliyi puça çıxarmaq isə Azərbaycan gəncliyinin əlindədir.

Çox məyusedici bir haldır ki, torpaqlarımızı işğal edən ermənilərin törətdikləri vəhşilikləri bir çox gənclik yalnız torpaqların işğalı günü,terrorların törədildiyi gün yada salırlar.Müxtəlif sosial şəbəkələrdə yalnız həmin günlər çoxsaylı paylaşımlar gedir.Bu da o deməkdir ki, ŞUŞANI,LAÇINI,QARABAĞI,XOCALINI və s. biz yalnız həmin günlər yada salırıq.digər günlər isə unuduruq. bütün gənclik üçün əsas məqsəd,qayə və ən aktual məsələ  yalnız işğal altında olan torpaqlarımızı düşünmək,bu yolda çoxsaylı işlər görmək,mətbuat vasitəsi ilə,sosial şəbəkələr vasitəsi ilə dünyaya car çəkməkdir.

Azərbaycan Gənci olaraq Bütün gəncliyə səslənib deyirəm; Gəlin işğal olunmuş torpaqlarımızı işğal olunduğu gün deyil, her gün xatırlayaq və hər gün bu yöndə müxtəlif işlər görək.Ən azı hamı sosial şəbəkələrdə öz profillərində bu yönümlü paylaşımlar etməyə qadirdilər.

 

YAZAN :Yeni Azerbaycan Partiyasi Suraxani Rayon Genci Arzu Hesenzade



Bu yazı 8603 defa okunmuştur.

YORUMLAR



YAZARIN DİĞER YAZILARI