Anfisa Zinyeddin

Anfisa Zinyeddin

NNN

D ö n ə r m i s ə n d e y ə.

18 Ağustos 2016 - 08:50 - Güncelleme: 18 Ağustos 2016 - 08:59



D ö n ə r m i s ə n  d e y ə.

 



 

              Həsrətli baxışlarımı dikmişəm yollarına.Sən bu yollardan keçərsən deyə. Keçdiyin həmin bu yollardan, bir gün mənə dönərsən deyə. Görəsən, dönərmisən deyə?!.

            Sən hər gün bu yollardan keçirdin. Səhər o tərəfə, axşam bu tərəfə. Mən də hər gün, bu tində ,səni gözləyirdim. Sən də bunu ,bilirdin.

           Sənə yaxınlaşıb heç nə deyə, bilmirdim. Elə bilirdim ki, sənə yaxlınlaşıb nəsə desəm, bu sevgi bir quş olub, uçub gedəcək. O  quşu  uçurmağı, istəmirdim.

 Mən səni, bax beləcə, gizlincə sevirdim.

          Səni görəndə həm sevinir, həm kədərlənirdim. Sevinirdim  səni  bu  gün də gördüm deyə. Kədərlənirdim ki, indicə gözümdən itəcəksən deyə. Sən də artıq buna öyrəşmişdin.  Sən keçən bu yolların tinində, məni görməyə.    

        Baxışlarımız uzaqdan-uzağa toqquşur, səssizcə bir-birilə danışır və sevişirdilər. Bunu heç kəs, hiss etmirdi belə.   

       Sən yol gedə-gedə, mən də bu tində, səni gözləyə-gözləyə xöşbəxt idik, bir yerdə, beləcə.  

      Sən yol gedə-gedə, mən də səni bu tində gözləyə-gözləyə, SƏN məni, MƏN də səni  bir gün  bir-birimizi  itirdik  beləcə,səsizcə.

              Həsrətli baxışlarımı dikmişəm yollarına.Sən bu yollardan keçərsən deyə. Keçdiyin həmin bu yollardan, bir gün mənə dönərsən deyə. Görəsən, dönərmisən deyə?!.