Bugun...

Anfisa Zinyeddin
KARDELEN
Tarih: 10-04-2018 06:05:00 Güncelleme: 10-04-2018 06:05:00


                               Qardələn

                              (hekayə)

Meşənin  yaxınlığında üzü yuxarı kəndimizə  doğru gedirdim. Rayon mərkəzindən axrıncı növbə avtobusa gecikdiyim üçün kəndə ayaqla  getmək məcburiyyətində qalmışdım.

...Şər  qarışırdı. Həzin əsən külək  saçlarımda  daraq olub, saçlarımı darayırdı  elə bil . Üzü aşağı yol boyu axan sulara  ayaqqabılarım   dabanına  qədər batmışdı. Ayaqqabım bir az  köhnə olduğundan ehtiyyat edə- edə, ayağımı yerə basırdım ki, su içinə dolmasın.

Gedirdim, meşənin  düz qıarağı ilə. Sərçələrin  civiltisi, uzaqdan görünən kənddən gələn itlərin hürüşməsi ətrafda qəribə  bir  avaz  yaratmışdı.

Hələ tam əriməmiş qarın altından göy  rəngdə  çiçəklər başını qaldırmışdı. Anamı  xatırladım. Uşaqliqda ,  anamin dogum günündə,  bu cicəklərdən dərib  getirmişdim anama.Hətdda   ayaqabımın   icidə qarla dolmuşdu.  Anam elə buna görə məni eməli-başli  danlamışdı .Bu cicəyin adi “qargagülü”  idi .Bunu mənə anam demişdi.Maraqla  anamın üzünə  baxmışdım.Demişdim:

- Ay  ana  qargadan xoşum gəlmir, ama  qəşəng gülü var.Anam uzun uzadi mənə  baxıb  gülümsəmiş və demişdi;

-  Ay bala bu dunya belədi.Yamana gözəl, yamana  gözəl hərdəndə  gözələ gözəl olur. Belə olmasaydı həyat mənasız olardi.

Gedirdim meşənin qıragı ilə uzu yuxari  kəndə  tərəf.Meşənin qışın qarından-boranından cixmiş agacların halına yaman yazıgım gəldi.Üşüyürmüş kimi bir-birinə sıgınmışdı sanki.Gənclik  caglari  yenə göz önumə gəldi .Bir  qIş günündə ,hamIdan gizlin , sevdiyim Seriyə ilə,  bu meşənin  lap  dərinliyində, qarin üstündə, qacdi- tutdu   oynayardıq.Qarın altından xəzələ  dönmuş  yarpaqların  üstündə uzanardıq.Beləcə ,sakitcə meşənin iri gövgəli agacların  göyə tərəf uzanmış budaqların arasından ,üzümüzə dəyən , gülümsəyən ,qış günəşi şualarını izləməyi    sevərdik.

                                     ...

... Hərdən   Səriyəyə deyərdim ki, Səriyə,    bax  beləcə arxaya baxmadan bu meşənin lap dərinliyinə, gözdən itənəcən ,gedək əl-ələ. Səriyə bu istəyimə belə cavab vermişdi:

 -Mən açıqlığı, düzənliyi  sevirəm, hər şey göz önümdə olsun.

Elə  bu düşüncələrlə başımı qaldırmışdım ki, qarşımda   kol dibində qardələn  çiçəyini gördüm .Ətrafdaki bütün təbiətə sanki meydan oxuyurdu. Sevgilisini gözləyən gəlin kimi  bəzənmişdi. Çox  xoşbəxt görsənirdilər. Təzə döyüşdən çıxmış  əsgərlər kimi yan- yana düzlənmiş, sanki qarlı qışdan sonra bahara qovuşmağa can atırdı.

 …Mən də onun  görüşünə  gedirdim..,sevdiyimin. …Sevirdim onu!

 … Bir qardələn çiçəyini əyildim dərdim, ovucumun içində  gizlətdim, sevgilim üçün...  Dedim, ona deyəcəyəm ki, sən də bax bu qardələn kimi sevgində cəsarətli ol. Axı qardələn çiçəyi günəşə sevgisindən, qarları  dəlib çıxmışdı. Vallah,  hərdən fikirləşirəm ki,   təbiətə   baxıb götürəcəyimiz hələ çox şeylər var.  Sadəcə, bunu düşünməmiz  və görməmiz yetər.

Həyat gözəldir: gözəlliyi duyunca,  baxınca…

Bu düşüncələr,  fikirlər içində gəlib  kəndə  catırdım, gördüm  bəzi evlərdən işıq  gəlirdi, elektrik işığı. İşıq yanmayan evlərə baxıb yenə  dodaqlarıma  gülüş  qondu, uşaqlığım yadıma düşdü.  Anam  işığı hələ hava qaralmamış  yandıranda mən işığı söndürərdim, deyərdim ki, ana,  pulu  çox yazir axi... Anam alnımdan öpər, mənim ağıllı balam, deyərdi... Elə bu kəlməyə görə əslində belə edərdim ki, anamı ağıllı olmağımla sevindirim…Dönüb lap düzənlikdə dərəni adlayıb kənd yoluna çıxmaq istəyəndə isə  kolun  dibindəki, bir birinə  meydan oxuyan boynu bükük bənövşə gülləri  gözümə dəydi. Sanki   əl -ələ tutub  rəqs edirdilər. Əyildim. Bu çiçəklərin  işini çox  sevirdim… Eləmədim tənbəllik,  dərdim. Ovucumda  gizlənmiş qardələn çiçəyi isə  hərəkətimə  sanki  qisqandi …Bir əlimdə qardələn çiçəyi, bir  əlimdə isə bənövşə dəstəsi... Evdə, ocağımda  məni gözləyən Səriyəni düşündüm.

 …Evimə yaxınlaşmağıma çox az qalmışdı. Bilirdim... bilirdim ki… bu çiçəklər əlimdə qapını açıb içəri girdiyimdə Səriyə  çox  sevinəcək.

…Sevinəcək ki, mən ona  keçmişini,    xatirələrini gətirmişdim…Axı insana  qalan  duyğuları və  xatirələridi. Duyğular və  xatirələr içində  sevgimə  çatdım.

Artıq  hava qaralmışdı. Elə evimin işığı da mən qapıdan içəri girənə bir  az  qalmış yandı…Həyətdəki alabaş isə  meni görüb sevindiyindən  quyruğunu bulayaraq  mənə tərəf gəldi və ayaqlarıma dolanaraq  düz qapıya kimi  məni ötürdü…Qapını isə  her zaman olduğu kimi  uşaqlıq illərimdən sevib  seçdiyim... bir ömür boyu  bərabər   yaşadığımız  Səriyə  açdı.

Səriyə…

 

Anfisa Zinyəddin

yazar

 



Bu yazı 310 defa okunmuştur.

YORUMLAR



YAZARIN DİĞER YAZILARI