Bugun...
BAKÜDE ENGELLİLER GÜNÜ KUTLANDI
Tarih: 02-12-2018 09:43:00 + -


3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı hərbi hissədə tədbir "Beyn

facebook-paylas
Tarih: 02-12-2018 09:43
BAKÜDE ENGELLİLER GÜNÜ KUTLANDI

3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı hərbi hissədə tədbir
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB və Müdafiə Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə
29 noyabr 2018-ci il tarixində Agdam rayonu "N" saylı hərbi hissədə 3 Dekabr - Beynəlxalq
Əlillər Gününə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla
yad edildi və Azərbaycanın himni səsləndirildi.
"N" saylı hərbi hissənin komandiri tədbir iştirakçılarını salamladı, qonaqların gəlişinin
məqsədini açıqladı və sözü "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyevə verdi.
Tahir Xudiyev çıxışında bildirdi ki, 3 Dekabr BMT tərəfindən elan olunmuş Beynəlxalq
Əlilliyi olan insanların günüdür. Bu gün bayram etmək üçün deyil, bütün dünya ictimaiyyətinin
diqqətini əlilliyi olan şəxslərin problemlərinin həllinə və hüquqlarının müdafiəsinə cəlb etmək
məqsədi daşıyır. O, ictimai birliyin bu gün münasibəti ilə əvvəllər müxtəlif yerlərdə tədbirlər
keçirdiyini, bu il isə hərbi hissədə əsgərlərimiz qarşısında ictimai birliyin Mədəniyyət şöbəsinin
üzvlərinin iştirakı ilə konsert proqramı ilə çıxış etməklə öz töhfələrini vermək istədiklərini
söylədi.
Tahir Xudiyev onu da qeyd etdi ki, İB-in vaxtı ilə Azərbaycan Ordusunda və hüquq-
muhafizə orqanlarında hərbi təlim görmüş 50-yə yaxın üzvlərinin aprel döyüşlərində Müdafiə
Nazirliyinə etdikləri müraciət bu gün də qüvvədədir. Belə ki, sağlamlıq imkanlarının məhdud
olmasına baxmayaraq onlar, lazım gələrsə vətənin madafiəsində Ali Baş Komandanın əmr və
göstərişlərini hər an yerinə yetirməyə hazırdırlar.
Sonra Müdafiə Nazirliyinın əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova çıxış edərək
bildirdi ki, əlilliyi olan insanlar arasında Qarabağ müharibəsində sağlamlığını itirərək əlil olan
insanlar da var. Onlar daima dövlət qayğısı ilə əhatə olunub. Bu gün bu tədbirdə iştirak edən
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvləri arasında da Qarabağ müharibəsi əlilləri və
veteranları da var.
SSRİ Dövlət Təhlükəsizlik Orqanlarının Fəxri Əməkdaşı, Əfqanıstan və Qarabağ
müharibələri veteranı, MDB-nin Döyüş əməliyyatları veteranı, Nərimanov rayon MƏSQVT-nın
sədri, istefada olan polkovnik, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Hərbi işlər üzrə Baş
müşaviri və Ağsaqqallar Şurasının sədri Elşad Sabanov əsgərlərimiz və gənc zabitlər qarşısında
hərbi vətənpərvərlik mövzusunda çıxış etdi, onları qələbə əzmi ilə vətənə xidmət etməyə çağırdı
və həmin geçə yenicə yazdığı vətənpərvərlik ruhlu şerini də söylədi.
Elşad Şabanov həmçinin əsgərlər və zabitlərlə səmimi görüşlər keçirərək özünün döyüşçü
kimi keçdiyi həyat yolundan da danışdı və əsgərləri hərbi elmlərə dərindən yiyələnməyə,
düşmənə qarşı amansız olmağa, vətəni göz-bəbəyi kimi qorumağa və özlərini mənəvi və
psixoloji cəhətdən lazım gələcək qarşıdakı döyüşlərə hazır olmağa çağırdı və əlavə etdi ki,
hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin səy göstərdiyi danışıqlar sülh yolu
ilə həll olunmazsa, yaşımıza baxmayaraq biz veteranlar da Azərbaycan Silahlı Qüvvələri ilə
birlikdə vətən uğrunda qəti və müqəddəs döyüşlərə hazırıq və Ali Baş Komandanın

torpaqlarımızın azad olunması üçün əmrini səbirsizliklə gözləyənlərdən biri də mən Elşad
Şabanovam.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in əməkdaşı, Qarabağ müharibəsi və Silahlı Qüvvələr
veteranı, tibb xidməti polkovniki İlham Sadıqov da çıxış edərək əsgərləri, hərbi hissənin zabit
heyətini salamladı, onlara hərbi xidmətlərində uğurlar arzuladı.
Müdafiə Nazirliyi, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və hərbi hissənin şəxsi heyətinin
iştirakı ilə keçirilən tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri, dosent, xalq artisti Teyyub
Aslanov, muğam ifaçısı, AzTV-nin solisti Malik Həsənov, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB
İdarə Heyəti üzvü, aktyor, 2-ci qrup əlil Riad Sultanov, İB-in Mədəniyyət şöbəsinin uşaqlardan
ibarət rəqs qrupunun üzvlərinin ifa etdikləri rəqslər, İB-in digər istedadlı üzvləri - 2-ci qrup əlil
Cavid Gözəlovun gitaranın müşayəti ilə ifa etdiyi "Cənab leytenant", 1-ci qrup gözdən əlil
Müslüm Müslümzadənin ifa etdiyi "Dilkəş təsnifi", 1-ci qrup gözdən əlil Allahverdi
Əhmədovun özünün yazdığı "Agdamım" seiri, müğənni və xoreoqraf Kamil Ağayev, konsertin
ən kişik və istedadlı müğənnisi Röya Əhmədovanın ifaları əsgərlərimiz tərəfindən alqışlarla
qarşılandı.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in dəvəti ilə tədbirə qatılan Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri - Nurlana Kərimli, Əmrah
Məcdunov, Rəvanə Vəliyeva, Anar Əhmədov, Şəmşəd Məmmədov, musiqiçilər Vüsal
Qasımov, Kamal Abdullayev, Seymur Abdullayevin ifasında səslənən şən mahnılar da
əsgərlərimizdə ruh yüksəkliyi yaratdı.
Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə çap olunmuş 200 ədəd kitab AMEA
Mərkəzi Elmi Kitabxananın direktoru, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB İdarə Heyəti üzvü
Leyla İmanovanın təşəbbüsü ilə və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB tərəfindən isə
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəşri olan
170 ədəd "Vətəndaş Cəmiyyəti" jurnalı hərbi hissənin kitabxanasına hədiyyə edildi.
Hərbi hissədə vətənpərvərlik ruhunda keçirilən tədbirin yüksək səviyyədə təşkilinə görə
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev Fəxri Fərmanla təltif olundu.
Müdafiə Nazirliyinin əməkdaşları - dövlət qulluqçuları Murad Müslümov və Sairə
Rəsulova, İB-in Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri, Qarabağ veteranı Həsənağa
Bayramov, Mərkəzi Elmi Kitabxananın əməkdaşları - direktor müavini Ruzi Məmmədov,
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Layihələrin icrasına
nəzarət bölməsinin rəhbəri Habil Əliyev, ADMİU-nun dekanı, fəlsəfə doktoru, dosent Nərmin
Qaralaova, AzTV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədov və operatoru Fərid
Əsədov da tədbirdə iştirak edirdilər.
Onu da qeyd edək ki, bundan əvvəl "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və Müdafiə
Nazirliyinin birgə təşkilatçılığı ilə Tərtər rayonu "N" saylı hərbi hissədə də tədbir keçirilmişdi.
Keçirilən bu tədbirlər zamanı əsgərlərimiz sanki ailə üzvləri ilə görüşdüklərini bildirirlər.
Əsgərlərimizlə birbaşa canlı görüşlər isə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə
müsbət təsir göstərir.
Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən
30 noyabr 2018-ci il




Bu haber 53 defa okunmuştur.

Etiketler :

YORUMLAR



Henüz Yorum Eklenmemiştir.Bu Haber'e ilk yorum yapan siz olun.


İLGİNİZİ ÇEKEBİLECEK DİĞER DÜNYA HABERLERİ

Azerbaycan Toplumu, Bako Saakyan’ın Fransa ziyaretini protesto etti Azerbaycan Toplumu Sosyal Birliği, Azerbaycan`ın..
Guluyev: “Azerbaycan Bayrağı, devletimizin egemenliğinin sembolüdür” Azerbaycan Kars Başkonsolosu Nu..
Ramin Ahmedov'dan Ermenistan Başbakanı Nikol Paşinyan’a sert eleştiri.. “ Paşinyan kışkırtıcı karaktere sahip sokak ada..
Erdoğan’ı tebrik eden ilk lider Azerbaycan Cumhurbaşkanı Aliyev oldu ​Azerbaycan Cumhurbaşkanı Aliyev, Cumhurbaşk..
Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib qhtxeber.az// “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Türkiy..
Anfisa Zinyeddin ;-“Azərbaycan qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. “ Azər..
ÇOK OKUNAN HABERLER
  • BUGÜN
  • BU HAFTA
  • BU AY
Eğitim-Bir-Sen başkanı Erkan Çiğdem oldu          Eğitim-Bir-Sen başkanı Erkan Çiğdem oldu Eğitim-Bir-Sen Iğd..
SEMA ÜNLÜ HANIMEFENDİ’DEN İLKOKUL ZİYARETİ SEMA ÜNLÜ HANIMEFENDİ’DEN İLKOKUL ZİYARETİ Valimizin değerli eşleri Sema Ünlü..
Beklenen müjde geldi. MHP Iğdır’da İsa Yaşar Tezel ile “varım” dedi Beklenen müjde geldi. MHP Iğdır’da İsa Yaşar Tezel ile “varım” dedi ..
IĞDIR’DA İĞDE TOZU SATAN BAHARATCIYA BÜYÜK İLGİ IĞDIR’DA İĞDE TOZU SATAN BAHARATCIYA BÜYÜK İLGİ Iğdır’da yıllardan be..
Iğdır’da Oto kiralama şirketi açıldı      Iğdır’da Oto kiralama şirketi açıldı Her gün gelişen büyüyen Iğdır’da ..
Aranan Şahıslar Yakalandı  Aranan Şahıslar Yakalandı Iğdır İl Emniyet Müdürlüğü Asayiş Şube Müdürlüğü Ka..
SON YORUMLANANLAR
  • HABERLER
  • VİDEOLAR