Bugun...
Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib
Tarih: 29-06-2018 08:47:00 Güncelleme: 29-06-2018 08:47:00 + -


Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib qhtxeber.az// “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı və Azərbaycan Təhsil Nazirliyinin ortaq dövlət məktəbi olan Bakı Türk Anadolu Liseyinin (BTAL) konfrans zalında yazıçı Nurəddin Ədiloğlu ilə buraxılış sinif şagirdlərinin və liseyin müəllimlərinin görüşün təşkil edib.

Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib

Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib

qhtxeber.az//  “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı və Azərbaycan Təhsil Nazirliyinin ortaq dövlət məktəbi olan Bakı Türk Anadolu Liseyinin (BTAL) konfrans zalında yazıçı Nurəddin Ədiloğlu ilə buraxılış sinif şagirdlərinin və liseyin müəllimlərinin görüşün təşkil edib.

qhtxeber.az-ın məlumatına görə, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata  keçirilən “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsi çərçivəsində baş tutub.
 
Tədbiri giriş sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, layihə çərçivəsində  3 təhsil müəssisəsində yaşlı nəslin nümayəndəsi olan yaradıcı insanlarla (şair, yazıçı və s.)  yeniyetmə və gənclərin görüşü nəzərdə tutulub.
Bundan başqa, yaşlı insanların asudə vaxtının səmərəli keçirilməsinə diqqəti çəkmək məqsədi ilə onlar arasında stolüstü idman yarışları təşkil ediləcək.
 
Layihənin yekun tədbiri isə yaşlı insanların yaradıcılıq  imkanlarının nümayiş etdirlməsi üçün  nəzərdə tutulan bədii əyləncəli proqram olacaq.
Sonra təşkilat sədri yazıçı Nurəddin Ədiloğlu  haqqında tədbir iştirakçılarına məlumat verib.
 
Liseyin müdiri Nurullah Yazıcı çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin  gənclər üçün vacib olduğunu bildirib.
Daha sonra müdir yardımçısı Meral Bahar, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq -informasiya fakültəsinin müəllimi, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili çıxış ediblər.
 
Yazıçı Nurəddin Ədiloğlu öz yaradıcılığının ana xəttini təşkil edən hərbi-vətənpərvərlik mövzusu ilə bağlı geniş çıxış edib, liseyin kitabxanasına, əlaçı şagirdlərə və ədəbiyyat həvəskarı olan müəllimlərə kitablarını hədiyyə edib.
Nurullah Yazıcı Nurəddin Ədiloğlunu 60 illik yubileyi münasibəti ilə təbrik etmiş ona liseyin müəllim və şagird kollektivi adından hədiyyə təqdim edib.
 
Ədəbi-məclisdə müğənni, Qarabağ müharibəsinin veteranı Rahib Adışirinli Azərbaycan bəstəkarlarının mahnılarını ifa edib.
Görüşün rəsmi hissəsindən sonra söhbət “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşkil etdiyi çay və şirniyyat süfrəsi ətrafında yazıçı ilə davam etdirilib.



Bu haber 564 defa okunmuştur.

Etiketler :

YORUMLAR



Henüz Yorum Eklenmemiştir.Bu Haber'e ilk yorum yapan siz olun.


İLGİNİZİ ÇEKEBİLECEK DİĞER DÜNYA HABERLERİ

Azerbaycan Toplumu, Bako Saakyan’ın Fransa ziyaretini protesto etti Azerbaycan Toplumu Sosyal Birliği, Azerbaycan`ın..
Guluyev: “Azerbaycan Bayrağı, devletimizin egemenliğinin sembolüdür” Azerbaycan Kars Başkonsolosu Nu..
Ramin Ahmedov'dan Ermenistan Başbakanı Nikol Paşinyan’a sert eleştiri.. “ Paşinyan kışkırtıcı karaktere sahip sokak ada..
Erdoğan’ı tebrik eden ilk lider Azerbaycan Cumhurbaşkanı Aliyev oldu ​Azerbaycan Cumhurbaşkanı Aliyev, Cumhurbaşk..
Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib qhtxeber.az// “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Türkiy..
Anfisa Zinyeddin ;-“Azərbaycan qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. “ Azər..
ÇOK OKUNAN HABERLER
  • BUGÜN
  • BU HAFTA
  • BU AY
Eğitim-Bir-Sen başkanı Erkan Çiğdem oldu          Eğitim-Bir-Sen başkanı Erkan Çiğdem oldu Eğitim-Bir-Sen Iğd..
SEMA ÜNLÜ HANIMEFENDİ’DEN İLKOKUL ZİYARETİ SEMA ÜNLÜ HANIMEFENDİ’DEN İLKOKUL ZİYARETİ Valimizin değerli eşleri Sema Ünlü..
Beklenen müjde geldi. MHP Iğdır’da İsa Yaşar Tezel ile “varım” dedi Beklenen müjde geldi. MHP Iğdır’da İsa Yaşar Tezel ile “varım” dedi ..
IĞDIR’DA İĞDE TOZU SATAN BAHARATCIYA BÜYÜK İLGİ IĞDIR’DA İĞDE TOZU SATAN BAHARATCIYA BÜYÜK İLGİ Iğdır’da yıllardan be..
Iğdır’da Oto kiralama şirketi açıldı      Iğdır’da Oto kiralama şirketi açıldı Her gün gelişen büyüyen Iğdır’da ..
Aranan Şahıslar Yakalandı  Aranan Şahıslar Yakalandı Iğdır İl Emniyet Müdürlüğü Asayiş Şube Müdürlüğü Ka..
SON YORUMLANANLAR
  • HABERLER
  • VİDEOLAR